Nokaut.az - Azərbaycanın N1 döyüş saytı.

 

 

Məqalələr

Boksda dözümlülüyün inkişaf etdirilməsi

Dözümlülüyün inkişaf etdirilməsi

Giriş

Boksda texniki hazırlıqla yanaşı idmançının boks dözümlülüyünün inkişaf etdirilməsi qələbə qazanmaqda ən vacib faktorlardan biridir. Boksçunun inkişafı onun uzun müddət ərzində güc və psixoemosional gərginliyə effektiv şəkildə tab gətirməsi hesab edilir, eyni zamanda onun keçirdiyi döyüşün intensivliyi mümkün qədər uzun müddət ərzində ilkin səviyyədə qalmalıdır. Dözümlülüyün inkişaf etdirilməsi üçün bir çox metodikalar, məşqlər mövcuddur və hər bir idman növü üçün onlar özünəməxsus xüsusiyyətlərə malikdirlər.

Boksda sürətin inkişaf etdirilməsi

Sürətin inkişaf etdirilməsi

Giriş

Müasir dövrdə gənclər özlərini hər hansı bir idman növündə tapmağa çalışırlar və onların bir çoxu məhz boksu seçirlər. Bu onunla izah olunur ki, boksla məşğul olma yalnız güc məşqlərinin yerinə yetirilməsini deyil, həm də ilk növbədə idmançının sürətinin, dözümlülüyünün, gücünün, həmçinin tez bir zamanda qərar qəbul etmə, rəqibin strategiyasındakı xırda dəyişikliklərə reaksiya göstərmək və əlbəttə ki, onun hərəkətlərinin bir neçə addım qabağa hesablaya bilmə bacarığının inkişaf etdirilməsini nəzərdə tutur. Gücün və dözümlülüyün inkişaf etdirilməsi ilə yanaşı, boksçunun sürətinin artırılması onun bacarıqlarının təkmilləşdirilməsində ən vacib mərhələlərdən biridir. Sürət məşqlərinə zərbənin sürətinin, boksçunun reaksiyasının və qaçış sürətinin inkişaf etdirilməsini nəzərdə tutan məşqlər daxildir.

Boksda gücün inkişaf etdirilməsi

Gücün inkişaf etdirilməsi

Giriş

Boksda, eləcə də digər döyüş idman növlərində yüksək nəticələrə nail olmağın ən vacib amillərindən biri idmançının gücünün inkişaf etdirilməsidir. Bu proses daimi inkişaf, fiziki göstəricilər üzərində işləmə, döyüş bacarıqlarının təkmilləşdirilməsi, rəqibin psixologiyasının öyrənilməsi və əlbəttə ki, iradə qüvvəsinin inkişaf etdirilməsini nəzərdə tutur. Buna görə də təcrübəli məşqçinin işi yalnız fiziki göstəricilərə, gücün inkişaf etdirilməsi üsullarına və zərbə gücünün artırılması üçün məşqlərə deyil, həm də idmançının iradə qüvvəsi, məqsədyönlülük, səbirlilik kimi daxili keyfiyyətlərinin inkişaf etdirilməsinə yönəlməlidir.

Texnika

Boksda müdafiə

Boksda müdafiə 

Giriş

Boksçular daima aşağıdakı iki istiqamətdə özlərini təkmilləşdirməlidirlər:

* hücumlarda;

* müdafiədə.

İdmançının texniki ustalığını onun zərbə vurmaq bacarıqlarına və onların variasiyalarına görə qiymətləndirirlər. Döyüş qabiliyyəti isə boksçunun müxtəlif müdafiə texnikalarını nə dərəcədə yaxşı bilməsi ilə müəyyən edilir.

Boksda nokdaun

Boksda nokdaun

Nokdaun sözünün mənası

Boksda nokdaun ingilis dilindən sarsıdıcı zərbə kimi tərcümə olunur. Nokdaun – döyüşçünün, boksçunun rəqibin zərbəsi zamanı onun zərbəsindən yayınmağa imkan tapdığı, və ya hücumdan bacarıqlı şəkildə qaçaraq rinqə üçüncü dayaq nöqtəsi ilə, yəni dizi, əli və s. ilə toxunduğu haldır. Bu hallarda referi-hakim birdən səkkizə kimi saymağa başlayır.

Boksda nokaut

Boksda nokaut

Boksda nokaut nədir?

Nokaut – rəqiblərdən birinin ona digəri tərəfindən çox güclü zərbə və ya zərbələr seriyası endiridikdən 10 saniyə sonra qarşılaşmanı davam edə bilməməsi halında rinqdə boks qarşılaşmasının yekunlaşma variantıdır. Əksər hallarda o sarsılmış vəziyyətdə döşəmə üzərində uzanır. Nokaut nəticəsində idmançının huşunun itirilməsi, beyin silkələnməsi, güclü başgicəllənmənin inkişafı, müvazinətin pozulması və s. müşahidə oluna bilər. Çox vaxt elə olur ki, gənc idmançı nokaut olduqdan sonra boksu atıb gedir. Təcrübə göstərir ki, boks ən atılan idman növlərindən biridir, çünki bu idman növündə çalışqanlıq, əməksevərlik, qələbəyə güclü inam hissi və iradədən başqa həm də ağrıya, mümkün travmalara, o cümlədən nokauta dözmək tələb olunur.

Praktika

Boks kisəsi ilə məşq

Boks kisəsi ilə məşq

Giriş

Boks kisəsi – dəqiqliyi, kəskinliyi və düz və yan boks zərbələrinin sürətini məşq etdirmək üçün nəzərdə tutulmuş dəri örtüklü qurğudur. Boks kisəsinə zərbələr qol əzələlərini və boksçunun ustalığını inkişaf etdirir.

Boks kisələrinin növləri

Döşəmədən jimlər

Döşəmədən jimlər

Giriş

Jim hərəkətləri nədir? Əslində jim hərəkətləri (latın dilində ventilabis-up) –döş, çiyin, üstəlik ayaq və qarın əzələlərinin bütün kateqoriyalarının işə cəlb olunduğu çox vacib bir prosedurdur. Bu qamətin möhkəmləndirilməsinin, döşün formasının korreksiyası və çiyin və qol formalarının modelləşdirilməsinin ən rahat və asan üsuludur. Bu prosedurun köməyilə siz öz fizioloji hazırlığınızı hökmən yaxşılaşdıracaqsınız, özünüzü gözəl və rahat hiss edəcəksiniz. Döş əzələləri başqa əzələlərin hamısından tamamilə fərqlidir: bütün əzələlər – bir istiqamətlidir və yalnız döş əzələləri – körpücük sümüyündən başlayaraq yarıhalqa şəklində şaxələnirlər.

İplə tullanma

İplə tullanma

İplə tullanma (İngilis dilində skipping, skip – hoppanmaq, atlanmaq) – əzələlərin intensiv məşqini həyata keçirmək üçün ucuz və portativ idman qurğusudur, boksçu üçün bütün məşqlərin başlanğıcı və sonudur, digər idman növlərində də istifadə olunan dözümlülüyün inkişaf etdirilməsi üçün vasitədir.

İnventar

Boksda istifadə olunan trenajor

Boks trenajoru

Giriş

Hər bir boksçuya, həm yeni başlayan həm peşəkara, öz fiziki formasını daima yüksək səviyyədə saxlamaq çox vacibdir. Bunun üçün də məşqlər idmançının həyatında böyük əhəmiyyətə malikdir. Adətən, boksçunun məşqinə qızışma hərəkətləri, qaçış, iplə tullanma məşqləri, ümumi fiziki hazırlığın saxlanmasına yönəlmiş məşqlər, texnikanın təkmilləşdirilməsi, məşqçi və ya tərəfdaş ilə sparrinqlər, sürət keyfiyyətlərinin inkişafına yönəlmiş məşqlər, qarın əzələlərinin məşqi və məşqin sonunda – əzələlərin boşaldılması(rahatlaşdırılması) məşqləri daxildir.

Fight ball trenajoru

Fight ball trenajoru

Fight ball haqqında giriş hissəsi

Əgər siz boks, tay boksu, kikboksinq və ya digər döyüş istiqamətində olan seksiyaya yazılıbsınızsa, demək tək güclü yox, həm də müvəffəqiyyətli olmağın vaxtı gəlib çatıb. Müvəffəqiyyətə doğru günbəgün, tam qətiyətlə və əzmlə getmək lazımdır. Fight ball trenajor espanderi bu işdə sizə çox faydalı olacaqdır.

Boks rinqi

Boks rinqi 

Giriş

Boks hələ eramızdan əvvəl olimpiya idman növünə çevrilmişdir, lakin onda o indiki görünüşündən hələ çox uzaq idi. Məsələn, döyüşlər sadəcə küçələrdə keçirilirdi, meydançanın ölçüsünü isə tamaşaya baxmaq üçün yığılmış insanlar məhdudlaşdırırdılar. Qədim Yunanıstanda döyüş kvadrat formasında olan, səthi qum ilə örtülmüş meydançada keçirilirdi.

 

MMA

UFC reytinqi (ağır çəki)

Ağır çəki

Çempion : Stipe Miocic

Pauerliftinq

Go to top