Boks kisəsi

Boksçular zərbələr texnikası üzərində bir tərəfdən bərkidilmiş digər tərəfdən hərəkətli ağır içliklə doldurulmuş qurğularda – boks kisələrində işləyirlər. Boks torbası trenajoru armud, torba (belə qurğu boks torbası adlanır) və ya “müqəvva boks kisəsi” (insan manekeni formasına malik olan) formasında ola bilər. 

 Boks kisəsinin növləri

Boks kisələrinin hava, maye və içlik ilə doldurulmuş növləri var. Ən çox içlikli torbalar yayılmışdır. Hava və pnevmatik olanları zərbələrdən sonra öz ilkin formalarını tez bərpa edirlər. Maye ilə doldurulmuş kisələrin daşınması çox rahatdır, çünki aparılmamışdan öncə suyunu tökmək mümkündür.

Bərk içliklə doldurulmuş kisə üzərində idmançılar yan və düz zərbələri, böyük tezlikdə vurulan zərbələri, həmçinin rinqdəki kimi hərəkətdə olan zərbələri cilalayırlar. Onu boksçunun sinəsi səviyyəsində asırlar.

Pnevmatik boks kisəsi

Pnevmatik boks kisəsi – konusvari formaya malik olan, platformaya asılan dəri örtüklü qurğudur. Onun içində sıxılmış hava var. Belə torba çox böyük sürət yığır, bu isə boksçuya onun üzərində dəqiqliyi və zərbələrin tezliyini, zərbələr zamanı qolun atılmasını, hücum zərbələrinin hərəkət sıxlığını məşq etdirməyə imkan verir. Belə kisəyə zərbələr dayanmadan hər iki əl ilə endirilir. Uzunluğundan və diametrindən asılı olmayaraq üç nömrədə pnevmatik torbalar fərqləndirirlər: 

* №1 – diametr 15,7 sm və uzunluğu 30 sm;

* №2 – diametr 19 sm və uzunluğu 34 sm;

* №3 – diametr 25 sm və uzunluğu 35 sm.

Həmçinin bağlarla bərkidilən pnevmatik torba var (iki əks tərəfdən bərkidilir). Kisənin yay kimi elastik olması sayəsində onun üzərində yumruğun düzgün qoyuluşunu, dəqiqliyi, zərbələrin sürətini və boksçunun reaksiyasını məşq etdirirlər.

Döşəməüstü boks kisəsi

Döşəməüstü boks kisəsi yerdə duran baza üzərində bərkidilmiş dirəyə bərkidilir. Belə qurğunun variantlarından biri – bədən və baza şəklində olan müqəvva boks kisəsidir. O, quraşdırılması üçün az yer tələb edir, tavana bağlanmasına ehtiyac yoxdur, buna görə də ev şəraitində məşqlər üçün çox münasibdir. Su ilə doldurulmuş trenajor idmançıya dəqiqliyi, zərbələrin sürətini və gücünü məşq etdirməyə kömək edir və ona görə rahatdır ki, hündürlüyünə görə tənzimlənir və onu hər hansı bir konkret idmançı üçün tənzimləmək olar.

Belə bir qurğunun daha sadə variantı – su ilə doldurulmuş torbadır (insan bədəni əvəzinə dayaq üzərində silindrik torba yerləşir).

Boks torbası

Zərbənin daha güclü olması üçün idmançılar ağır boks torbasından istifadə edirlər – döşəməyə qoyulan(yerdə duran massiv baza üzərində bərkidilir) və ya asma (tavana bərkidilir). Bu, yəqin ki, boks üçün ən populyar trenajordur, çünki onun üzərində zərbələri hətta ev şəraitində belə məşq etdirmək mümkündür. O zərbənin sərtliyini məşq etdirməyə, zərbənin gücünü inkişaf etdirməyə, yan və düz zərbələri, aşağıdan rəqibin gövdəsinə vurulan zərbələri cilalamağa kömək edir.

Boks torbası dəri və ya başqa möhkəm bir material ilə örtülmüş silindr kimi görünür. Torbanın çəkisi 25-dən 110 kq-dək, uzunluğu 50 sm-dan 2 m-dək (peşəkar boksçular hündürlüyü 1,2 m-dan böyük olan torbalara üstünlük verirlər) təşkil edə bilər. Boks torbası qurğusunun çəkisi təxminən boksçunun çəkisinə bərabər olmalıdır, torbanın sərtliyini onun üzərinə zərbələr seriyası endirməklə yoxlamaq tövsiyə olunur (o nə həddindən artıq sərt, nə də ki yumşaq olmalıdır). Dəri örtüklü torbadan istifadə etmək məsləhətdir, çünki digər örtüklər daha tez köhnəlib sıradan çıxırlar.

Boks kisəsini necə seçmək olar?

Boks kisəsini seçərkən çəkisi 30-60 kq olan qurğu daha çox məsləhət görülür, özü də boksçunun zərbəsi zamanı o basılıb əyilməlidir. Trenajorun ən münasib hündürlüyü – 1,2 m-dir, o zaman qurğu üzərində bütün səviyyələrdə zərbələri yaxşı məşq etdirmək olar. Ev məşqləri üçün 60-80-sm-lik kisə ən yaxşı variant olacaqdır.

Uşaqlar üçün boks kisəsi

Yeni başlayan idmançılar «uşaqlar üçün boks kisəsi» qurğusunda çalışırlar. O taxta qırıntıları ilə (çəkisi təxminən 7 kq) və ya daha yüngül variant – taxta qırıntıları və porolon (çəkisi 2kq) ilə doldurula bilər, diametri isə 20 sm təşkil edir. Uşaqlar üçün boks kisəsi kimi bir trenajor həmçinin idman ilə aktiv məşğul olmayan uşaqlar üçün də faydalı olacaqdır: oğlan uşağı onun köməyilə kürək və qol əzələlərini, hərəkət koordinasiyasını, cəldliyini inkişaf etdirəcək və artıq enerjisini boşaldacaqdır. Döşəməyə qoyulan hava ilə doldurulan kisə yerdə möhkəm duran halqaya bərkidilir.

 

Boks qaydaları

Peşəkar boks qaydaları

Peşəkar boks qaydaları

Həvəskar boksla peşəkar boks qaydaları arasında çoxlu sayda fərqlər və oxşarlıqlar var.

Reytinq. Peşəkar boksda, əslində, heç bir yarışlar yoxdur. Düzdür, indi Avropa və dünya çempionatlarının keçirilməsi tendensiyası müşahidə olunmağa başlayıb. Ola bilsin ki, bu yarışlar daimi xarakter daşıyacaq. Burada reytinq sistemi mövcuddur. Boksçunun bütün qələbələri, məğlubiyyətləri və heç-heçələri ümumi reytinq-siyahısına daxil edilir.

Ardını oxu...

Həvəskar boks qaydaları

Həvəskar boks qaydaları

Hal-hazırda dünyada AIBA tərəfindən təsdiq edilmiş və 2013-cü ildə qüvvəyə minmiş yeni qaydalar meydana çıxmışdır. Onlara burada baxmaq və ya yükləmək olar: AIBA qaydaları - 2013

Ardını oxu...

Boksda çəki kateqoriyaları

Boksun müxtəlif növlərində çəki kateqoriyaları

AIBA-nın yeni qaydalarında çəki kateqoriyaları kiçik dəyişikliklərə məruz qalıb. Aşağıda, daha əvvəlki çəki kateqoriyalarına bölünmə göstərilib. Buna baxmayaraq, bu səhifədə təqdim edilən peşəkar boksda çəkilərin bölgüsü bu gün də aktual qalmaqdadır. Həvəskar boksa gəlincə, yeni qaydalara burada baxmaq və ya yükləmək olar: AIBA-2013.

Ardını oxu...

MMA qaydaları

MMA. Qadağan edilmiş hərəkətlər

Qadağan edilmiş hərəkətlər

Aşağıda qarışıq döyüş sənətləri üzrə yarışların və ya nümunəvi matçların keçirildiyi zaman qayda pozuntusu hesab edilən hərəkətlərin siyahısı verilmişdir:

1. Başla zərbə vurmaq qadağandır.

Ardını oxu...

MMA çəki kateqoriyaları

İdmançıların çəki kateqoriyaları; yarışa qədər tərəzidə çəkilmədən sonra çəkinin atılması

MMA qaydaları idmançıların aşağıdakı çəki kateqoriyaları üzrə bölgüsünü təsbit edir:

1. Qarışıq döyüş sənətləri üzrə yarışlarda və ya nümunəvi çıxışlarda iştirak edən idmançıların mövcud çəki kateqoriyaları aşağıda göstərilmişdir:

Ardını oxu...

MMA qaydaları

MMA qaydaları (MMA Rules)

 

Rinqə və ya arenaya qoyulan tələblər; video-ekranlardan istifadə

1. MMA qaydalarına uyğun olaraq qarışıq döyüş sənətləri üzrə yarışlar və ya nümunəvi çıxışlar rinqdə ya da arenada keçirilə bilər.

2. MMA qaydalarına əsasən, qarışıq döyüş sənətləri üzrə yarışların və ya nümunəvi çıxışların keçirilməsi üçün istifadə edilən rinq aşağıdakı tələblərə uyğun olmalıdır:

Ardını oxu...

Boks reytinqləri

Go to top