HomeBoks ləvazimatlarıBoksçular üçün bintlər

Boksçular üçün bintlər

İdman dünyasından uzaq olan adi insan görür ki, boksçular rinqdə öz bədənlərini zərbələrdən boks dəbilqəsi və əlcəklərlə müdafiə edirlər. Lakin kənar gözdən gizli olan bir neçə digər amunisiya əşyası da var ki, onlar idmançıya bu sərt idman növündə öz sağlamlığını qorumağa kömək edir.

Məsələn, boksçunun əllərinə sarıdığı və yalnız bundan sonra onların üzərindən hamımıza tanış olan boks əlcəklərini taxdığı boks bintləri.

Bintlərin sələfləri

Bintlərin əcdadları haqqında ilk xatırlatmalar Qədim Roma və Qədim Yunanıstan tarixlərində fiksasiya olunub. Döyüş iştirakçıları o zamanlar bazu önlərinə dəri kəmərlər sarıyırdılar. Beləliklə, idmanda bintlər hələ əlcəklərdən əvvəl peyda olmuşdur.

Bintlərin faydası

Bintlərin əsas təyinatı – yumruğun barmaq oynaqlarını və sümüklərini qorumaq, həmçinin sümükləri və biləyi fiksasiya etməkdir. Bundan başqa, bintlər əlin başbarmağının dartılmasının və hətta çıxığının qarşısını almağa kömək edirlər. Bintlər ilə sarınmış əl daha sərt və bərk olur, bu isə əli travmalardan qorumağa kömək edir.

Bint növləri

Boks bintləri həvəskar və peşəkarlar üçün növlərə bölünürlər. Həvəskarlar üçün qısa (uzunluğu 2,5 – 3 m), peşəkarlar üçün isə – uzun bintlər (4,5 m-dən uzun) istehsal olunur. Meksika bintləri adlanan bintlərdən istifadə etmək çox rahatdır – onlar elastikdir, əlin baş barmağına taxılan xüsusi ilgəyə, həmçinin binti fiksasiya etməyə və sarımağa kömək edən qarmaqcıqlara və ilmələrə malikdirlər. Lakin elastik bintlərdən istifadə edərkən qan dövranını pozmamaq üçün onları həddindən artıq sıxmamaq vacibdir. Həmçinin əldə qan dövranını həddindən artıq sıxmağa imkan verməyən parça bintlər də satılır.

Boks qaydaları tələb edir ki, bintlər elastik(“Velpo” binti), hər bir əl üçün uzunluğu 2,5 m, eni 5 sm-dək olmaldırlar. Əli hər hansı başqa lentlər, yapışqan plastır və rezin ilə sarımaq qadağandır. Yalnız bintin biləyə bərkidilməsi üçün kiçik (2,5х7,6 sm) bir yapışqan plastır parçasından istifadə oluna bilər. Hər bir döyüş zamanı boksçu yeni bintlərdən istifadə etməlidir.

Boksda bintləri necə bağlamaq lazımdır

Yeni başlayan idmançılar üçün “boks üçün bintləri necə sarıyırlar” və “boks üçün bintləri necə bağlamaq lazımdır” sualları çox problem və nərahatçılıqlar yaradır. Əlbəttə, məşqlərdə məşqçi, eləcə də təcrübəli boksçular boks üçün bintləri necə bağlamaq lazım olduğunu dəfələrlə göstərə bilərlər. Lakin bunu özbaşına ilk dəfə edirsənsə, bu artıq başqa məsələdir. İndiki dövrdə internetin geniş yayılması sayəsində boks üçün bintlərin bağlanması üsulları haqqında videolara asanlıqla baxmaq və təcrübəli boksçunun hərəkətlərini addımbaaddım təkrarlamaq olar.

Əslində, boks bintlərinin çoxlu sarınma variantları var:

Üsul 1: Sadə

Həqiqətən də sadə və asan variant.

Başbarmağa bintin ilgəyi taxılır, bir neçə dəfə bint əl ətrafında – barmaqların aşağı falanqalarını əhatə edərək ilk öncə başbarmaqdan aşağı, sonra isə yuxarı dolanır. Bu zaman əlin yuxarı tərəfində bint çarpaz şəkildə bağlanır. Sonra isə bint baş barmaq ətrafında, aşağıdan başlayaraq dolanır. Sonra – yenə də əl ətrafında, əlin yuxarı tərəfində isə - çarpaz şəkildə. Bint əlin iç tərəfində barmaqların aşağı falanqası səviyyəsində fiksasiya olunur.

Üsul 2: Çarpaz

(Bir az daha çətindir. Lakin barmaq oynaqlarını daha yaxşı qoruyur, çünki hər bir oynağı ayrı ayrılıqda sonra isə hamısını bir yerdə sıxır. Əlcəkdə olan ələ bu cür dolanma ilə daha rahatdır, çünki ovucun iç tərəfində bint azdır və yumruq sıxılanda bu ovuc ilə əlcəyə daha yaxşı kontakt verir).

Başbarmağa bintin ilgəyi taxılır, bir-iki dəfə bint əl ətrafında başbarmaqdan aşağı dolanır. Sonra isə bint çəçələ barmağından başlayaraq hər bir barmaq ətrafında əlin başbarmağı üzərində fiksasiya olunmaqla dolanır. Daha sonra – dörd barmağın falanqalarının aşağı hissəsi ətrafında dolanır və bərkidilir.

Boksda bintləri bağlamağın digər üsullarından əsasən peşəkar idmançılar istifadə edirlər, çünki belə bintləmələr daha mürəkkəbdir, lakin onları boksçunun özü yox onun köməkçisi yerinə yetirir və bunu çox keyfiyyətli şəkildə edir.

Əllər düzgünmü sarğılanıb?

Düzgün sarğılanmış bint ələ rahat şəkildə bitişir və onu rahat fırlatmağa mane olmur; əl açılanda bint əli sıxmır, əl sıxılanda - əli yaxşı sıxır. Həddindən artıq bərk sarınmış bint əli keyləşdirir və şişkinləşdirir, boş sarınmış isə - sürüşə bilər.

Hər bir idmançı boks üçün bintlər, onları necə sarımaq haqqında bilməlidir və bunu özbaşına etməyi bacarmalıdır, çünki yalnız o özü bintin çəkilmə dərəcəsini və dolanma sıxlığını hiss edə bilər. Keyfiyyətli bintləmə isə - onun əl travmalarından qorunması deməkdir.

 

Boks qaydaları

Peşəkar boks qaydaları

Peşəkar boks qaydaları

Həvəskar boksla peşəkar boks qaydaları arasında çoxlu sayda fərqlər və oxşarlıqlar var.

Reytinq. Peşəkar boksda, əslində, heç bir yarışlar yoxdur. Düzdür, indi Avropa və dünya çempionatlarının keçirilməsi tendensiyası müşahidə olunmağa başlayıb. Ola bilsin ki, bu yarışlar daimi xarakter daşıyacaq. Burada reytinq sistemi mövcuddur. Boksçunun bütün qələbələri, məğlubiyyətləri və heç-heçələri ümumi reytinq-siyahısına daxil edilir.

Ardını oxu...

Həvəskar boks qaydaları

Həvəskar boks qaydaları

Hal-hazırda dünyada AIBA tərəfindən təsdiq edilmiş və 2013-cü ildə qüvvəyə minmiş yeni qaydalar meydana çıxmışdır. Onlara burada baxmaq və ya yükləmək olar: AIBA qaydaları - 2013

Ardını oxu...

Boksda çəki kateqoriyaları

Boksun müxtəlif növlərində çəki kateqoriyaları

AIBA-nın yeni qaydalarında çəki kateqoriyaları kiçik dəyişikliklərə məruz qalıb. Aşağıda, daha əvvəlki çəki kateqoriyalarına bölünmə göstərilib. Buna baxmayaraq, bu səhifədə təqdim edilən peşəkar boksda çəkilərin bölgüsü bu gün də aktual qalmaqdadır. Həvəskar boksa gəlincə, yeni qaydalara burada baxmaq və ya yükləmək olar: AIBA-2013.

Ardını oxu...

MMA qaydaları

MMA. Qadağan edilmiş hərəkətlər

Qadağan edilmiş hərəkətlər

Aşağıda qarışıq döyüş sənətləri üzrə yarışların və ya nümunəvi matçların keçirildiyi zaman qayda pozuntusu hesab edilən hərəkətlərin siyahısı verilmişdir:

1. Başla zərbə vurmaq qadağandır.

Ardını oxu...

MMA çəki kateqoriyaları

İdmançıların çəki kateqoriyaları; yarışa qədər tərəzidə çəkilmədən sonra çəkinin atılması

MMA qaydaları idmançıların aşağıdakı çəki kateqoriyaları üzrə bölgüsünü təsbit edir:

1. Qarışıq döyüş sənətləri üzrə yarışlarda və ya nümunəvi çıxışlarda iştirak edən idmançıların mövcud çəki kateqoriyaları aşağıda göstərilmişdir:

Ardını oxu...

MMA qaydaları

MMA qaydaları (MMA Rules)

 

Rinqə və ya arenaya qoyulan tələblər; video-ekranlardan istifadə

1. MMA qaydalarına uyğun olaraq qarışıq döyüş sənətləri üzrə yarışlar və ya nümunəvi çıxışlar rinqdə ya da arenada keçirilə bilər.

2. MMA qaydalarına əsasən, qarışıq döyüş sənətləri üzrə yarışların və ya nümunəvi çıxışların keçirilməsi üçün istifadə edilən rinq aşağıdakı tələblərə uyğun olmalıdır:

Ardını oxu...

Boks reytinqləri

Go to top