Həvəskar boks qaydaları

Həvəskar boks qaydaları

Hal-hazırda dünyada AIBA tərəfindən təsdiq edilmiş və 2013-cü ildə qüvvəyə minmiş yeni qaydalar meydana çıxmışdır. Onlara burada baxmaq və ya yükləmək olar: AIBA qaydaları - 2013

Yaş məhdudiyyətləri. Aşağıdakı yaş qrupları mövcuddur:

• kiçik yaşlı oğlanlar - 12 yaş

• orta yaşlı oğlanlar - 13-14 yaş

• böyük oğlanlar və qızlar - 15-16 yaş

• yuniorlar və qızlar - 17-18 yaş

• böyüklər və qadınlar - 19-34 yaş

Yaşdan asılı olaraq müəyyən müddət ərzində keçirilən döyüşlərin sayına da məhdudiyyətlər qoyulur.

15 yaşdan aşağı olan oğlanlar: 2 döyüş 30 gün 15-16 yaşlı oğlan və qızlar: 3 döyüş 15 gün, 5 döyüş 30 gün

Yuniorlar və böyüklər (kişi və qadınlar): 4 döyüş 15 gün, 5 döyüş 30 gün.

Yeni başlayanlar yarışlara yalnız boksla 3 ay məşğul olduqdan sonra buraxılırlar.

AİBA qaydalarına əsasən, beynəlxalq yarışlarda 17 yaşdan aşağı və 34 yaşdan yuxarı olan idmançılar iştirak edə bilməzlər.

Yarışlar. Bütün yarışlar olimpiya sistemi üzrə, yəni “uduzub çıxma” sistemi üzrə keçirilir. Müxtəlif idmançı qrupları üçün aşağıdakı döyüş düsturu təyin edilmişdir:

· 12-14 yaşlı oğlanlar

- yeni başlayanlar və 3-cü dərəcə: 1 dəqiqədən ibarət 3 raund

- 1-ci və 2-ci dərəcə: 1,5 dəqiqədən ibarət 3 raund

· 15-16 yaşlı oğlanlar, qızlar və qadınlar

- yeni başlayanlar: 1 dəqiqədən 3 raund

- 3-cü və 2-ci dərəcə: 1,5 dəqiqədən ibarət 3 raund

- 1-ci dərəcə və ondan yuxarı: 2 dəqiqədən ibarət 3 raund

· Yuniorlar və böyüklər

- yeni başlayanlar: 1 dəqiqədən 3 raund

- 3-cü və 2-ci dərəcə: 2 dəqiqədən ibarət 3 raund

- 1-ci dərəcə və ondan yuxarı: 2 dəqiqədən ibarət 4 raund

Rusiya Mütləq çempionatında döyüş düsturu 2 dəqiqədən ibarət 5 raund təşkil edir. Bəzən yarışlar razılaşma əsasında keçirilir. Bu halda döyüş düsturu üç dəqiqədən ibarət 3 və ya 4 raund və ya 2 dəqiqədən ibarət 5 və ya 6 raund təşkil edə bilər. Əgər yarış vilayət miqyasından yüksəkdirsə, o zaman 15-16 yaşlı oğlanlarda, yuniorlarda, qadınlarda və böyüklərdə döyüş xalis vaxt üzrə aparılır, yəni döyüş zamanı müxtəlif dayandırmalar nəzərə alınmır. Raundlar arasında həmişə 1 dəqiqəlik istirahət olmalıdır.

Yarışların şəxsi, komanda və şəxsi-komanda növləri var. Şəxsi yarışlarda finalda udan boksçu qalib gəlir. 4-cü yerdən başlayaraq aşağıya doğru yerlər qələbələrin miqdarına görə paylanır.

Komanda yarışlarında daha çox xal yığmış komanda qalib gəlir. Çəki kateqoriyasında qələbəyə görə 2 xal verilir. Məğlubiyyətə görə 1 xal verilir. Boksçu gəlmədikdə və ya iştirak etmədikdə, 0 xal verilir.

Şəxsi-komanda yarışlarında da qələbə yığılmış xalların sayından asılıdır. Qələbə - 7 xal, ikinci yer - 5 xal, üçüncü yer - 3,5 xal, yarımfinala qədər hər qələbəyə görə - 1 xal. Xal bərabərliyi zamanı daha çox birinci və s. yerləri tutmuş komanda qalib gəlir.

Gənc oğlanlara yanaşı təvəllüdlü gənc oğlanlarla döyüş keçirməyə icazə verilir. 18 yaşlı yuniorlara böyüklərin yarışlarında iştirak etməyə icazə verilir. Yanaşı idman dərəcələrinin döyüşlərini keçirməyə icazə verilir. 1-ci dərəcəli boksçulara idman ustaları, o cümlədən beynəlxalq idman ustaları ilə döyüşməyə icazə verilir. Bütün hallarda, gündə 1-dən artıq döyüş keçirməyə icazə verilmir.

Peşəkarların yarışında iştirak etmiş boksçular həvəskarların yarışına buraxılmırlar.

Hakimlik. İstənilən yarışlara və döyüşlərə aşağıdakı tərkibdə hakimlər briqadası xidmət göstərir: baş hakim bütün yarış qaydalarının icrasına nəzarət edir və bütün texniki məsələlər üzrə qəti qərar qəbul edir. Yan hakimləri boksçuların hərəkətlərini qiymətləndirir və döyüşün nəticəsi haqqında qərar çıxarırlar. Rəsmi yarışlara 5 yan hakimi xidmət göstərir. 3 hakimə də icazə verilir, lain yarışlar vilayət miqyasını aşmamalıdırlar. Xronometrist hakim döyüşün vaxtını izləyir və qonq siqnallarını verir. Məlumatlandırıcı hakim raundlar arasında fasilələrdə yarışların gedişatı üzrə məlumat verir.

Referi birbaşa rinqdə boksçular tərəfindən yarış qaydalarının yerinə yetirilməsini izləyir və onlara komandalar verir. İştirakçılar yanında hakimlər boksçuların rinqə çıxışına qədər bütün qaydaların icrasına nəzarət edirlər. Yarış komendantı yarışların texniki-təsərrüfat təchizatına nəzarət edir. Texniki nümayəndə, nəticələrinə görə iştirakçıya "Rusiyanın idman ustası" adı verilə biləcək yarışlarda Rusiya Boks Federasiyasının nümayəndəsidir.

Yarışları həm qadın, həm də kişi cinsindən olan hakim və referilər idarə edə bilər. Peşəkarların yarışlarını idarə etmiş hakimlər həvəskar yarışların idarə edilməsinə buraxılmırlar.

Döyüşü idarə etmək üçün referi aşağıdakı üç komandadan istifadə edir: "stop", "boks", "brek". İradlar və xəbərdarlıqlar referinin boksçulara və hakimlərə aydın olan jestləri ilə müşayiət olunur.

Həvəskar boks qaydalarında hakimlərin vəzifələri və başqa nüanslar haqqında daha ətraflı məlumatları burada əldə edə bilərsiniz.

Qayda pozuntuları. Qayda pozuntusunun növündən asılı olaraq boksçu referidən töhmət, xəbərdarlıq ala və ya diskvalifikasiya edilə bilər. Xırda qayda pozuntusu zamanı referi döyüşü dayandırmayaraq, boksçuya və ya sekundanta fasilədə töhmət verə bilər. Eyni qayda pozuntusuna görə üç töhmət xəbərdarlığa səbəb olur. Töhmət boksçunun artıq xəbərdarlıq aldığı qayda pozuntusuna görə verilmişdirsə, o zaman bu, ikinci xəbərdarlığa səbəb olur. Üç xəbərdarlıq – diskvalifikasiya deməkdir. Hər xəbərdarlıqda referi döyüşü dayandırmalı və bu barədə boksçuya və yan hakimlərdən hər birinə bildirməlidir. Xəbərdarlıq kobud qayda pozuntusundan dərhal sonra verilə bilər. Xüsusilə kobud və ya qəsdən yol verilmiş qayda pozuntusundan dərhal sonra diskvalifikasiya baş verə bilər. Hər bir xəbərdarlıq rəqibə əlavə xalların hesablanmasına səbəb olur. Qayda pozuntularının növləri:

· Qurşaqdan aşağı endirilən zərbələr, dizlə, ayaqla zərbələr.

· Çiyinlə, bazu önü ilə, dirsəklə zərbələr.

· Açıq əlcəklə, biləklə, ovucun tili ilə zərbələr, qulaylanaraq vurulan zərbələr.

· Kürəyə, boyun ardına, böyrəklərə, boyunun arxa hissəsinə vurulan zərbələr.

· Boğma, güləşmə, təkanlar, rəqibi tutub saxlama.

· Hücum zamanı kanatlardan istifadə.

· Rəqibin başının kanat xəttinin arxasına sıxılması.

· Qucaqlamalar, atılmalar, rəqibin üstünə yıxılma.

· Aşağı əyilmələr və ya baş vurmalar, başla təhlükəli hərəkətlər.

· Rəqibin qollarını bağlayaraq zərbələrin endirilməsi.

· Uzanan və ya qalxan rəqibə zərbələr.

· Passiv müdafiə, kürəyi rəqibə tərəf çevirmə.

· Lazımsız söhbətlər və təhqirlər.

· Referinin komandalarını yerinə yetirməmə.

· Referiyə qarşı aqressiv davranış.

· Kapanı tüpürmə.

· Uzadılmış qolu rəqibin üzü qarşısında tutma

 

Döyüş nəticələri. Döyüş nəticələri aşağıdakı növlərə ayrılır:

· Xallara görə qələbə (XQ). Yan hakimləri tərəfindən boksçuların topladıqları xalların sayına görə təyin edilir.

· Döyüşü davam etməkdən imtina (İMT). Boksçu könüllü olaraq döyüşdən imtina edir. Onun sekundantı da, rinqə dəsmalı ataraq imtina edə bilər.

· Aşkar üstünlüyə (AÜ) görə qələbə. Bu qələbə rəqib öz sağlamlığı üçün təhlükə daşıyan çoxlu sayda zərbə buraxdıqda və ya referi ona qaydalarla müəyyən edilmiş nokdaunların maksimal sayını hesabladıqda verilir. Yaş və dərəcədən asılı olaraq bu say 1-dən 3-ə qədər ola bilər. Bu referi tərəfindən təyin edilir. Həmçinin, AÜ, rəqiblərdən birinin buraxdığı və ya vurduğu zərbələr arasında fərq (elektron hakimlikdə) son raundun başlanğıcında 20 xal təşkil etdiyi halda da verilə bilər. Yuniorlarda və qadınlarda bu 15 xal təşkil edir.

· Döyüşü davam etdirməyin qeyri-mümkünlüyü (DDQ). Qaydalar çərçivəsindən kənara çıxmayan döyüş nəticəsində boksçu aldığı zədəyə görə döyüşü davam etdirə bilmədiyi halda, qələbə, döyüşün dayandırıldığı anda, daha çox xal toplamış boksçuya verilir (döyüş bir raunddan çox davam etmişdirsə). Həkimin konsultasiyasından sonra həkim və ya referi tərəfindən təyin edilir.

· Diskvalifikasiyaya görə qələbə (DSK). Döyüş zamanı boksçulardan biri diskvalifikasiya edilmişdisə, o zaman qələbə onun rəqibinə verilir. Referi tərəfindən təyin edilir.

· Nokaut (NK). Buraxılmış zərbə nəticəsində boksçulardan biri 10 saniyə ərzində döyüşü davam etdirə bilmir. Referi tərəfindən təyin edilir.

· Rəqibin gəlməməsinə görə qələbə (GM). Boksçu rinqdə döyüşə tam hazır vəziyyətdədir, onun rəqibi isə ikinci dəvətdən və qonq çalındıqdan sonra 3 dəqiqədir ki, yerində yoxdur və ya döyüşə başlamağa hazır deyil. Bu qələbə, həmçinin, boksçulardan birinin tərəzidə çəkilmədiyi və ya həkim tərəfindən döyüşdən əvvəl yarışdan çıxarıldığı təqdirdə də verilir.

· Heç-heçə. Yalnız "Yarışlar haqqında nizamnamə"də əvvəlcədən razılaşdırıldığı halda mümkündür.

· Baş hakimlər kollegiyasının qərarı ilə verilən qələbə. Mübahisəli vəziyyətlərin (referinin səriştəsizliyi, xalların elektron hesablama sistemində nasazlıq və s.) yarandığı halda təyin edilir.

· Gözlənilməyən situasiyalar. Əgər Baş hakimdən asılı olmayan hadisə 1-ci və ya 2-ci raundda baş verirsə, onda döyüş "Yarışlar haqqında nizamnamə"də göstərilən vaxta keçirilir. Əgər hadisə 2-ci raunddan sonra baş vermişdirsə, döyüş başa çatdırılmış hesab edilir, qalib isə hadisənin baş verdiyi anda olan xalların sayı ilə müəyyən edilir.

 

 

Boks qaydaları

Peşəkar boks qaydaları

Peşəkar boks qaydaları

Həvəskar boksla peşəkar boks qaydaları arasında çoxlu sayda fərqlər və oxşarlıqlar var.

Reytinq. Peşəkar boksda, əslində, heç bir yarışlar yoxdur. Düzdür, indi Avropa və dünya çempionatlarının keçirilməsi tendensiyası müşahidə olunmağa başlayıb. Ola bilsin ki, bu yarışlar daimi xarakter daşıyacaq. Burada reytinq sistemi mövcuddur. Boksçunun bütün qələbələri, məğlubiyyətləri və heç-heçələri ümumi reytinq-siyahısına daxil edilir.

Ardını oxu...

Həvəskar boks qaydaları

Həvəskar boks qaydaları

Hal-hazırda dünyada AIBA tərəfindən təsdiq edilmiş və 2013-cü ildə qüvvəyə minmiş yeni qaydalar meydana çıxmışdır. Onlara burada baxmaq və ya yükləmək olar: AIBA qaydaları - 2013

Ardını oxu...

Boksda çəki kateqoriyaları

Boksun müxtəlif növlərində çəki kateqoriyaları

AIBA-nın yeni qaydalarında çəki kateqoriyaları kiçik dəyişikliklərə məruz qalıb. Aşağıda, daha əvvəlki çəki kateqoriyalarına bölünmə göstərilib. Buna baxmayaraq, bu səhifədə təqdim edilən peşəkar boksda çəkilərin bölgüsü bu gün də aktual qalmaqdadır. Həvəskar boksa gəlincə, yeni qaydalara burada baxmaq və ya yükləmək olar: AIBA-2013.

Ardını oxu...

MMA qaydaları

MMA. Qadağan edilmiş hərəkətlər

Qadağan edilmiş hərəkətlər

Aşağıda qarışıq döyüş sənətləri üzrə yarışların və ya nümunəvi matçların keçirildiyi zaman qayda pozuntusu hesab edilən hərəkətlərin siyahısı verilmişdir:

1. Başla zərbə vurmaq qadağandır.

Ardını oxu...

MMA çəki kateqoriyaları

İdmançıların çəki kateqoriyaları; yarışa qədər tərəzidə çəkilmədən sonra çəkinin atılması

MMA qaydaları idmançıların aşağıdakı çəki kateqoriyaları üzrə bölgüsünü təsbit edir:

1. Qarışıq döyüş sənətləri üzrə yarışlarda və ya nümunəvi çıxışlarda iştirak edən idmançıların mövcud çəki kateqoriyaları aşağıda göstərilmişdir:

Ardını oxu...

MMA qaydaları

MMA qaydaları (MMA Rules)

 

Rinqə və ya arenaya qoyulan tələblər; video-ekranlardan istifadə

1. MMA qaydalarına uyğun olaraq qarışıq döyüş sənətləri üzrə yarışlar və ya nümunəvi çıxışlar rinqdə ya da arenada keçirilə bilər.

2. MMA qaydalarına əsasən, qarışıq döyüş sənətləri üzrə yarışların və ya nümunəvi çıxışların keçirilməsi üçün istifadə edilən rinq aşağıdakı tələblərə uyğun olmalıdır:

Ardını oxu...

Boks reytinqləri

Go to top