Boksda müdafiə

Boksçular daima aşağıdakı iki istiqamətdə özlərini təkmilləşdirməlidirlər:

* hücumlarda;

* müdafiədə.

İdmançının texniki ustalığını onun zərbə vurmaq bacarıqlarına və onların variasiyalarına görə qiymətləndirirlər. Döyüş qabiliyyəti isə boksçunun müxtəlif müdafiə texnikalarını nə dərəcədə yaxşı bilməsi ilə müəyyən edilir.

 Boksda müdafiə şərti olaraq aşağıdakı texnika qruplarına bölünə bilər

1. Qollarla müdafiə

Bu boksda etibarlı və sürətli müdafiə növüdür, onun icrası nisbətən asandır. Yeni başlayanların müdafiə bacarıqlarının formalaşdırılması ondan başlayır. Ona əks-zərbələr, qoyuluşlar (“подставки“), zərbə qaytarmalar və bloklar aid edilir.

Əks-zərbə, demək olar ki, eyni zamanda rəqibin hücumunu dayandıran qarşı zərbənin vurulmasından ibarətdir. Çox vaxt əks-zərbə kimi sol düz və ya sağ düz zərbələrdən istifadə olunur. Uğurla yerinə yetirilmiş sağ düz zərbə qarşılaşmanı vaxtından əvvəl bitirə bilər, çünki çox böyük qüvvəyə malikdir.

Qoyuluş(“подставка”) rəqibin zərbəsinə hələ gücün tam qoyulmaması mərhələsində dayandırılmasına yönəldilir. Bu texnikaların yerinə yetirilməsi zamanı bədənin nisbətən zəif olmayan hissələri zərbə altına qoyulur (bazu önləri, çiyinlər, əllər). Başa düz zərbələr zamanı ovucla müdafiə olunurlar, yan zərbələrə cavab olaraq onların altına çiyin qoyulur.

Zərbə qaytarma rəqibin zərbəsini hədəflənmiş bədən hissəsinə dəyməməsi üçün əlin əks hərəkəti ilə təzahür olunur.

Blok – rinqdəki rəqibin zərbəsini bağlayan bazu önü və ya əl ilə əks hərəkətdir.

2. Gövdə ilə müdafiə

Onun texniki icrası daha çətindir. Ona yayınmalar və enmələr aiddir.

Yayınma – bu müdafiə növü gövdənin əyilməsi ilə həyata keçirilir, nəticədə baş rəqibin zərbə xəttindən qırağa çəkilir. Zərbədən geri yayınanda buna geri yayınma deyilir. Yayınmalar yerinə yetirildikdə boksçunun qolları azad vəziyyətdə olur, bu isə ona rəqibə əks-zərbələr endirməyə imkan verir. Yayınma rahat məsafə saxlamağa kömək edir.

Enmə – rəqibin zərbəsindən bədənin aşağıya doğru hərəkəti ilə boksçunun yumruğunu başın üzərindən buraxaraq zərbədən yayınmaqdır. Enmə vuran əl istiqamətində icra olunur, ilkin vəziyyətə qayıdan zaman əks-zərbələr endirilir. Enmə ilə ən çox başa vurulan yan zərbələrdən müdafiə olunurlar.

3. Ayaqüstü yerdəyişmələr

Boksda bu müdafiə texnikası boksçunun addımların və sıçrayışların köməyi ilə yerinin dəyişməsinə əsaslanır. Bu yerdəyişmələrin məqsədi məsafənin böyüdülməsi və rəqibdən uzaqlaşmadır.

Boksda istənilən müdafiə aşağıdakılara yönəlir:

* rəqibin zərbəsindən qaçma və ya onu dəf etmə;

* Əks-hücum üçün rahat vəziyyətə keçmə.

 

Boks qaydaları

Peşəkar boks qaydaları

Peşəkar boks qaydaları

Həvəskar boksla peşəkar boks qaydaları arasında çoxlu sayda fərqlər və oxşarlıqlar var.

Reytinq. Peşəkar boksda, əslində, heç bir yarışlar yoxdur. Düzdür, indi Avropa və dünya çempionatlarının keçirilməsi tendensiyası müşahidə olunmağa başlayıb. Ola bilsin ki, bu yarışlar daimi xarakter daşıyacaq. Burada reytinq sistemi mövcuddur. Boksçunun bütün qələbələri, məğlubiyyətləri və heç-heçələri ümumi reytinq-siyahısına daxil edilir.

Ardını oxu...

Həvəskar boks qaydaları

Həvəskar boks qaydaları

Hal-hazırda dünyada AIBA tərəfindən təsdiq edilmiş və 2013-cü ildə qüvvəyə minmiş yeni qaydalar meydana çıxmışdır. Onlara burada baxmaq və ya yükləmək olar: AIBA qaydaları - 2013

Ardını oxu...

Boksda çəki kateqoriyaları

Boksun müxtəlif növlərində çəki kateqoriyaları

AIBA-nın yeni qaydalarında çəki kateqoriyaları kiçik dəyişikliklərə məruz qalıb. Aşağıda, daha əvvəlki çəki kateqoriyalarına bölünmə göstərilib. Buna baxmayaraq, bu səhifədə təqdim edilən peşəkar boksda çəkilərin bölgüsü bu gün də aktual qalmaqdadır. Həvəskar boksa gəlincə, yeni qaydalara burada baxmaq və ya yükləmək olar: AIBA-2013.

Ardını oxu...

MMA qaydaları

MMA. Qadağan edilmiş hərəkətlər

Qadağan edilmiş hərəkətlər

Aşağıda qarışıq döyüş sənətləri üzrə yarışların və ya nümunəvi matçların keçirildiyi zaman qayda pozuntusu hesab edilən hərəkətlərin siyahısı verilmişdir:

1. Başla zərbə vurmaq qadağandır.

Ardını oxu...

MMA çəki kateqoriyaları

İdmançıların çəki kateqoriyaları; yarışa qədər tərəzidə çəkilmədən sonra çəkinin atılması

MMA qaydaları idmançıların aşağıdakı çəki kateqoriyaları üzrə bölgüsünü təsbit edir:

1. Qarışıq döyüş sənətləri üzrə yarışlarda və ya nümunəvi çıxışlarda iştirak edən idmançıların mövcud çəki kateqoriyaları aşağıda göstərilmişdir:

Ardını oxu...

MMA qaydaları

MMA qaydaları (MMA Rules)

 

Rinqə və ya arenaya qoyulan tələblər; video-ekranlardan istifadə

1. MMA qaydalarına uyğun olaraq qarışıq döyüş sənətləri üzrə yarışlar və ya nümunəvi çıxışlar rinqdə ya da arenada keçirilə bilər.

2. MMA qaydalarına əsasən, qarışıq döyüş sənətləri üzrə yarışların və ya nümunəvi çıxışların keçirilməsi üçün istifadə edilən rinq aşağıdakı tələblərə uyğun olmalıdır:

Ardını oxu...

Boks reytinqləri

Go to top